Pakistandan Ermənistana sərt çağırış - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Pakistandan Ermənistana sərt çağırış - FOTO

Dünya

16 Oktyabr 2020 11:14 7193


Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış məntəqələrinin atəşə tutulmasından narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır.

“Yeni Sabah” xəbər verir ki, Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri diqqətlə izləyir. Gəncə, Tərtər və Bərdə şəhərləri daxil olmaqla Azərbaycan ərazilərindəki mülki yaşayış məntəqələrinin atəşə tutulmasından olduqca narahatdır.

Pakistan Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, Ermənistanı beynəlxalq humanitar hüququ pozaraq günahsız mülki insanlara hücum etməkdən çəkinməyə çağırır. Pepperoni pizza

Qardaş Azərbaycan xalqının Vətəni qorumaq üçün apardığı qanuni mübarizəsində Pakistan dəstəyini bir daha təsdiqləyir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!