Pakistanı su ilə təmin edən bəndin qarşısı kəsildi

saytların hazırlanması

Evə çatdırılma

Pakistanı su ilə təmin edən bəndin qarşısı kəsildi

Dünya

05 May 2025 12:03 251


Hindistan Cammu və Kəşmirin ərazisindəki Çenab çayı üzərində yerləşən "Baglihar" bəndi vasitəsilə Pakistana su verilməsini dayandırıb.

Yenisabah.az Hindustan Times-a istinadla xəbər verir ki, bunu "NHPC Limited" dövlət su elektrik şirkətinin anonim rəsmisi bildirib.

Birhəftəlik müzakirələrdən və hidroloji qiymətləndirmələrdən sonra bənd rəhbərliyi belə addımlar ataraq Pakistana çatan su axınını 90% azaldıb.  Marqarita pizza

Hindistan hakimiyyəti Himalay dağlarının şimal-qərbindəki Cammu və Kəşmirdəki Kişanqanqa bəndində də oxşar addımlar atmağı planlaşdırır. Yaxın vaxtlarda ərazidə genişmiqyaslı texniki işlərin aparılması nəzərdə tutulur ki, bu müddət ərzində Kişanqanqa çayının aşağı axınında su təchizatı dayandırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!