Pakistanın Baş naziri: “Çox şadam ki, Azərbaycan bu cür inkişaf edir“ 

saytların hazırlanması

Evə çatdırılma

Pakistanın Baş naziri: “Çox şadam ki, Azərbaycan bu cür inkişaf edir“ 

Maraqlı

15 İyun 2023 15:19 678


Bakıya gələndə yolboyu gördüklərimin çox dərin təəssürat altındayam. Sizin gərgin əməyiniz, rəhbərliyiniz və baxışınız sayəsində Azərbaycanda böyük işlər görülüb. 

"Report" xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib. 

Pakistanın şəhər planlaşdırılması, yaşıllaşdırma sahələrində Azərbaycanın təcrübəsinə ehtiyac duyduğunu qeyd edən Baş nazir bildirib: “Şəhəriniz son dərəcə təmizdir. Tullantıların emalı məsələsi, yəni, bu sahədə təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edir”.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!