Pakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Pakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində oldu - Fotolar

Maraqlı

02 Mart 2022 19:57 582


Martın 2-də Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mdafiə Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarları üzərinə gül dəstələri qoyublar.

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral S.Bəkirov qonaqları salamlayaraq Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb. pizza mizza

Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Pakistan nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti haqqında brifinq təqdim edilib.

Sonra qonaqlar hərbi gəmilərə baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri ilə maraqlanıb. Həmçinin gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili və həyati vacib digər qurğular barədə ətraflı məlumat verilib.

Görüşdə hər iki ölkənin HDQ-i arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sonda xatirə şəkili çəkdirilib.

Pakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olubPakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olubPakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olubPakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olubPakistanın nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!