“Palajenya”ya baxan türmə yoldaşını qətlə yetirdi   - Məhkəmə işi 

saytların hazırlanması

Evə çatdırılma

“Palajenya”ya baxan türmə yoldaşını qətlə yetirdi - Məhkəmə işi 

Kriminal

08 May 2020 16:19 1394


Türmə yoldaşını qətlə törətməkdə təqsirləndirilən Ənvər Umudovun cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə gönədrlib. 

“Yeni Sabah”ın məlumatına görə, cinayət işi araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.

 İttihama aktına görə, 2019-cu il iyunun 25-də Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində yaşayan Ənvər Umudov evində münaqişə zəminində həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirib. Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ənvər Umudov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülüb. Məlum olub ki, ev sahibi Ənvər Umudov hadisə baş verən günü evində içki məclisi qurub. O, içki məclisinə tanışı Akif İbrahimovu dəvət edib. Tanışlar yeyib-içəndən sonra sərxoş olublar. Bu zaman onların sözlərin bir-birlərinə xoş gəlməyib. Dəfələrlə məhkum olunan Akif İbrahimov həbsdə olduğu müddətdə "palajenya"ya nəzarət etdiyini deyib. Ənvər Umudov isə onun bu sözlərinə təhqiredici formada cavab verib. Bundan əsəbləşən Akif İbrahimov isə onu döyüb. Bu vaxt Ənvər Umudov evində saxladığı tüfəngi götürərək, qonağını güllələyib.  pizza mizza

İstintaq orqanı tərəfindən Ənvər Umudovun barəsində Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!