Panama kanalının sahibi panamalılardır - XİN

saytların hazırlanması

Evə çatdırılma

Panama kanalının sahibi panamalılardır - XİN

Dünya

08 Yanvar 2025 11:13 348


Panama kanalın suverenliyi məsələsini müzakirə etmək niyyətində deyil

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Xavyer Martines-Aça Vazkes bildirib.

O deyib: "Kanalımızın suverenliyi müzakirə oluna bilməz. O, bəşəriyyətə və onun ticarətinə xidmət etmək üçün yaradılıb. Bu, dünyaya təklif etdiyimiz ən böyük dəyərlərdən biridir: beynəlxalq ictimaiyyətə münaqişədə iştirak etməmə zəmanəti vermək”. pizza

Diplomat əlavə edib: “Kanalı idarə edən yalnız panamalılardır və bu, həmişə belə olacaq”.

Xatırladaq ki, bir gün əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalın Amerikanın nəzarətinə qaytarılması üçün güc tətbiqini istisna etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!