Pandemiya avrokubok matçının keçirilməsinə çətinlik yaradıb

saytların hazırlanması

Evə çatdırılma

Pandemiya avrokubok matçının keçirilməsinə çətinlik yaradıb

İdman

05 Fevral 2021 16:33 780


Koronavirus pandemiyası avrokubokların daha bir oyununun keçirilməsinə çətinlik yaradıb.

Yenisabah.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin “Volfsberger” – “Tottenhem” matçının təşkili sual altına düşüb.

Buna səbəb Avstriya hökumətinin qərarıdır. Koronavirusun Britaniya variantının qeydə alındığı ölkələrdən gələnlərin Avstriyaya girişinə qadağa qoyulub. Dominos pizza

Fevralın 17-dəki görüşün başqa ölkədə keçirilməsi gündəmə gəlib. Avstriya klubunun rəhbərliyi ev oyunu üçün Rusiya və Macarıstan variantlarını nəzərdən keçirir. Matçın Rusiya paytaxtı Moskvada baş tutması ehtimal edilir. (APA)

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq” – “Liverpul” görüşü də analoji səbəbdən başqa ölkədə keçirilə bilər. İngiltərə klubunun Almaniyaya buraxılmaması üzündən matçın Macarıstanda təşkili gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!