Pandemiya Ermənistanı çökdürür: Ölənlərin sayında kəskin artım

saytların hazırlanması

Evə çatdırılma

Pandemiya Ermənistanı çökdürür: Ölənlərin sayında kəskin artım

Siyasət

17 İyun 2020 15:15 1759


Koronavirus pandemiyası Ermənistanda acınacaqlı vəziyyət yaradıb. 

Yenisabah.az xəbər verir ki, artıq Paşinyan hakimiyyəti böhranın öhdəsindən gəlməkdə aciz görünür. İnfeksiyaya yoluxma halı hər gün artır. Baş nazir Nikol Paşinyan sosial şəbəkədə pandemiya ilə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, ölkədə xəstəlik simptomlarını büruzə verməyən minlərlə xəstə var və digərləri özlərini qorumasalar yoluxanların sayı kəskin şəkildə artacaq.

Yoluxma halı artdıqca səhiyyə sistemi bunun öhdəsindən gələ bilməyəcək. Xüsusilə ağır vəziyyətdə olan xəstələrin sağlamlığı təhlükə ilə qarşılaşacaq, xəstəxanalarda yer olmayacaq.  Mümkündür ki, ölkədə total təcrid tətbiq edilsin.  Sezar pizza

3 milyona yaxın əhalisi olan Ermənistanda 13 325 nəfər koronavirusa yoluxub. Onlardan 4099 nəfəri sağalıb, 8052 nəfərin müalicəsi davam etdirilir, 211 nəfər isə ölüb. 

Əhalisi 10 milyondan artıq olan Azərbaycanda isə infekisyaya 10662 nəfər yoluxub. Onlardan 5948 nəfəri sağalıb, 4588 nəfərin müalicəsi avam etdirilir, 126 nəfər isə dünyasını dəyişib.

Azərbaycan bu günə qədər 391,699 koronavirus testi keçirib, Ermənistanda isə keçirilən test sayı bundan təxminən 5 dəfə azdır: 70 000

Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində 3.5 milyard manat xərcləyib, Ermənistan isə 300 milyon dollar.

Amma Ermənistana pandemiya ilə mübarizə üçün edilən yardımlar Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Məlumat üçün deyək ki, ABŞ Azərbaycana 5.3 milyon dollar, Avropa Birliyi isə 14 milyon avro yardım edib. Bununla yanaşı Türkiyə Azərbaycana humanitar, Çin isı texniki yardım göstərib. Ermənistana edilən yardımlara gəlincə, ABŞ bu ölkəyə 5.4 milyon dollar, Avropa Birliyi isə 92 milyon avro ayırıb. Bundan əlavə, Rusiya Ermənistana texniki, Çin tibbi-texniki,  İran yükdaşımada, Bolqarıstan və Litva humanitar, Gürcüstan isə tiibi yardım göstərib. 

Azırbaycan indiyə qədər 330 ölkəyə koronavirusla mübarizədə yardım edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar maliyyə dəstəyi verib.

Pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazının kəsilməsi hal baş verməyib. Ermənistanda isə 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsilib.

Ermənistan hakimiyyəti həm də xəstəxaların sayının azlığında ehtiyat edir. Azərbaycanda 570 xəstəxəna fəaliyyət göstəridiyi halda Ermənistanda 130 xəstəxana var. 

Bir tərəfdən yoluxma həndəsi silsilə ilə artır, digər tərəfdən isə karantin rejimi ölkədə sosial-iqtisadi vəziyyətin daha acınacaqlı vəziyyətə düşməsinə səbəb olub. Bu isə Ermənistanda siyasi böhranın əsasını qoyub. Artıq Ermənistandakı ictimai-siyasi müzakirələrdə pandemiyanın yaratdığı fəasadlarla, virusla doğru mübarizə aparılmaması Paşinyan hökumətinin uğursuzluğu kimi təqdim edilir. 

Ermənistanın sabiq İqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, komendatura yenidən 14 günlük karantin elan edərsə, ölkə iqtisadiyyatı 700 milyon dollar itirəcək və böyük bir ehtimalla bu zaman iqtisadiyyatın yenidən canlanması ciddi problem olaraq hökumətin qarşısına çıxacaq. 

Sabiq nazir bildirir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Yeqizaryanın sözlərinə görə, son aylarda hökumətin tətbiq etdiyi anti-böhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir-onların sosial-iqtisadi problemlərini həll etmir. Ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!