Pandemiyanın dünyanı cənginə alması insanların əhvalında müəyyən dəyişikliklərə səbəb olub. Bu isə öz növbəsində təbii olaraq hal və hərəkətlərə təsirsiz ötüşməyib. Mövcud vəziyyətlə əlaqədar artıq insanlarda fərqli reflekslər ortaya çıxıb. Virusun ikinci dalğasının başlayacağı təqdirdə bu təsirlərin daha da ciddi olacağı güman edilir.
Maraqlıdır, ümumilikdə koronavirusun insan fiziologiyasına təsiri nələrdir?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən fizionomist Rəşad Əhmədov bildirib ki, bəzən insanların həyatda baş verən hadisələrə pis mövqedən çıxış kimi baxsalar da, bu hadisələr həyatlarda müsbətə doğru müəyyən dəyişikliklər əmələ gətirir. Ona görə də insanların virusa görə təşvişə düşmələrinə ehtiyac yoxdur: pizza
“Virusun ölkəmizdə yayılması cəmiyyətdə əhval-ruhiyyəni olduqca dəyişib, insanlar arasında mövcud vəziyyətə görə təşvişə düşənlər də az deyil. Psixoloji durumlarında qeyri-müəyyənlik yaşayanlar da var. Biz bunu gözləməli idik.
Bəzən insanların həyatda baş verən hadisələrə pis mövqedən çıxış kimi baxsa da, bu hadisələr həyatlarda müsbətə doğru müəyyən dəyişikliklər əmələ gətirir. Bəzən görürsən ki, alimlər stressdən bəzi problemlərin həllində böyük tapıntılar əldə edir. Bu insanın xarakterinə xas olan cəhətlərdəndir. İnsanın xasiyyəti dəyişmir, formalaşır. Onun formalaşmasında yerin, məkanın mühim rolu var”.
Həmsöhbətimiz bu elmlə məşğul olma səbəblərini də diqqətə çatdırıb:
“Çalışdığım elm fizioqnomika elmidir. Fizioqnomika xarakterin tədqiqatına zahiri görünüş və onun müəyyən şəxsiyyət tiplərinə məxsusluğu haqqında elmdir. Bu elmə həvəs məndə sırf təsadüf nəticəsində gözdən əlil insanla “N.Nərimanov” metrostansiyasında görüşümüzdən sonra meydana gəldi. 33 yaşında Azərbaycanın Pakistanda Baş konsulu olan qardaşım Elmar Əhmədovu avtomobil qəzasında itirdik, stress keçirdim. Ondan sonra həyata baxışımda dəyişikliklər oldu. Yəni onu qeyd etmək istəyirəm ki, xarakter insanın həyatında mühim rol oynayır”.
Rəşad Əhmədov virusun insanların gələcək həyat tərzinə ciddi şəkildə təsir edəcəyini də deyib:
“İnsanların bir-birinə olan mehribanlıqları artıq yox olurdu, bu yenidən bərpa olacaq. Ailələrdə bağlılıq daha da artacaq. Bəzən deyirlər boşanmalar artacaq, mən bunun əksini düşünürəm. Belə bir deyim var ki, dünən yoxdur, sabah bilmirəm nə olacaq, bu günlə yaşamaq lazımdır. Mən də bir fikir bildirmək istəyirəm ki, bəxti verən Allahdırsa, taleni bəndə özü seçir. İnsanlar belədir. Vərdiş xarakteri, xarakter də taleni yaradır. Televiziya vasitəsilə insanlara qoruyucu vasitələrdən istifadə etmələri və ya digər şeylər tövsiyyə olunur, lakin bəzən insanlar buna etinasız yanaşırlar. O bəla gəlib çıxanda sarsıntı keçirməyə başlayırlar. Bütün bunları deməkdə məqsədim odur ki, vaxtında məntiqli addımlar atmaq, tədbir görmək lazımdır. O baxımdan həyata baxışlar dəyişməlidir. Biz mütləq ki, sınaqlarla qarşılaşacağıq, onlara daxilən hazır olmalıyıq. Özümüzü tapmalıyıq.
Düşünürəm ki, koronavirusun insanlara təsiri nəticəsində insanlar arasında münasibət daha da yaxşılaşacaq. Məlumdur ki, cəzaçəkmə müəssisələrində insanların həyata baxışlarında dəyişikliklər olur. Koronavirus da onun kimi bir şey oldu. Hesab edirəm ki, bəzi məqamları dərindən təhlil etmək üçün güclü təxəyyül prosesi ortaya çıxacaq”.
Fizionomist qeyd edib ki, insanların həyat tərzi virusa yoluxmada təsirli olub:
“Elm adamları sübut ediblər ki, kişilərdə virusa yoluxma halı daha çoxdu. Bu fizioloji həyat tərzi ilə də bağlıdır. Təbii burada müxtəlif məsələlər var ki, mühim rol oynayır. Lakin məhz bu məsələnin önəmini vurğulamaq istəyirəm. Qadınlar kişilərdən daha aktiv həyat tərzi keçirir. İnsanlar aktiv həyat tərzindən qaçanda bu kimi bəlalar özünü daha dəqiq göstərir. İnsanlar belə şeyə diqqət etməlidir, adi baxmamalıdırlar.
Amerika alimləri təyin ediblər ki, qadınlar kişilərdən 38 faiz həssasdırlar. Ona görə də deyirlər ki, bu əsr qadın əsridir. İnsan həyat yoldaşı, anası ilə məsləhətləşməlidir. Məsləhətsiz don həmişə gen olar. Fikirləri bölüşmək məsələnin həllində böyük rol oynayır. Mövcud vəziyyətdə qadınları üzərinə daha çox yük düşür. Ona görə də kişilər qadınların həyat tərzini dəqiq qiymətləndirməlidirlər. Həkim qadınlarımız kişilərlə çiyin-çiyinə mübarizə aparırlar. Bundan vaxt tapıb evlərinin də işlərini görürlər. Bunları da qiymətləndirmək lazımdır.
Həmçinin bir şeyi də qeyd etmək istəyirəm. Həsən Seyidbəylinin “Sən nə üçün yaşayırsan?” adlı əsəri var. İnsan özünə bu sualı verməlidir. Hər bir insan özünə sual verərək həyatda nə istədiyini, nə etməli olduğunu tapmalıdır. İnsan özünə psixoloji cəhətdən bir müəllim olmalıdır. Özünə “gün ağlamalısan” ki, sabah üçün peşmanlıq çəkməyəsən.
Biz bəzən istədiyimiz kimi yox, bacardığımız kimi yaşayırıq. Bu gün elə addımlar atmalısan ki, sabah problemlə üzləşəndə yıxılmayasan. Düzdür, bəzən insanlar şiddətə məruz qalır, bu və digər məmurlar tərəfindən hüquqları pozulur. Həmin situasiyalardan qaçmalısan, çalışmalısan ki, bədəməlli insanlardan uzaq durasan. Həyatda əzmkar olmaq lazımdır. Özün üçün fəaliyyətlər seçməlisən ki, özünü psixoz vəziyyətdən çıxara biləsən. Yoxsa pis hallarla qarşılaşılar”.
Sayad Həsənli
Telegram kanalımız