“Pandemiya qlobal müstəvidə problemlərə yol açacaq”   - Politoloq 

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiya qlobal müstəvidə problemlərə yol açacaq” - Politoloq 

Siyasət

20 May 2020 17:33 833


“Beynəlxalq siyasi-hərbi münasibətlər sistemində davam edən problemlər dünyada yeni nizamın formalaşmasına gətirib çıxaracaq. COVİD19 pandemiyası, onun iqtisadi və siyasi münasibətlərə təsiri, həmçinin ABŞ və Çin arasında başlayan siyasi-ticari münaqişə qlobal müstəvidə problemələrə yol açacaq”. 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, qlobal müstəvidə aparıcılıq uğrunda bir neçə ölkə mübarizə aparır. Bunlar arasında daha fəal Türkiyə də var: “Çünki Türkiyənin yerləşdiyi coğrafiya Şərqlə Qərb arasında mühim geosiyasi kəsişmədir və Yaxın Şərqdə davam edən müharibədə əsas faktordur. Bundan əlavə Aralıq dənizində hakim mövqeni və Liviyadakı maraqlar toqquşmasında öz mövqeyini möhkəmləndirməsi, Türkiyəni yaxın perspektivdə regional güc müstəvisindən daha da artıq mövqeyini güclənəcək. Liviyada davam edən müharibə böyük dövlətlərin maraq toqquşmasıdır və artıq Türkiyə rəsmi hakimiyyəti müdafiə etməklə həlledici qələbə qazanır. Rusiya, ABŞ və Avropa artıq Türkiyənin Orta Şərqdə varlığını qəbul etməkdədir. Bir sözlə, Azərbaycanın təbii müttəfiqi Türkiyə beynəlxalq siyasi areanada yeni güc olaraq ortaya çıxır. Türkiyənin Liviyada və Yaxın Şərqdə qələbə qazanması bu ölkənin Cənubi Qafqazda maraqlarının müdafiəsini şərtləndirir. Çünki Cənubi Qafqaz Türkiyə üçün gosiyasi strateji məkandır və buradan Mərkəzi Asiyaya çıxış imkanıdır. Ona görə də Türkiyənin qələbəsi yeni Qafqaz siyasətini gətirəcək”. 

Məhəmməd Əsədullazadə bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu Türkiyənin iqtisadi Qafqaz siyasətidir və buradan Mərkəzi Asiyaya açılımıdır: “Türkiyə faktoru region üçün önəmlidir və geosiyasi müstəvidə bu labüd olacaq. Hazırda Rusiyanın bundan sonra iqtisadi müstəvidə güc qazanması mümkün deyil. Beynəlxalq siyasəti əvvəlki illər kimi aparıcı deyil. Artıq, regional çərçivəyə sıxışır. Baş verənlər Türkiyənin rolunu gücləndirə bilər. Bu da Qarabağ münaqişəsində Ankaranın rolunu artıracaq”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!