“Pandemiyadan əvvəl qazandığınız pullar hara getdi?” - Anar müğənniləri   QINADI

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiyadan əvvəl qazandığınız pullar hara getdi?” - Anar müğənniləri QINADI

Şou

16 Sentyabr 2020 14:57 1461


“Mənəm-mənəm deyən Xalq artistlərimiz də işsiz qaldı. Tanınmışlardan bəzilərinin gülməli müsahibələrini oxuyuram, az qalırlar “acından ölürəm” desinlər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev Publika.az-a müsahibəsində deyib. 

36 yaşlı stilist pandemiyanın səbəb olduğu böhranlardan danışıb:  Dördpendirli pizza

“Gözəllik və dəb aləmi bir il geridə qaldı, istər geyim, istərsə də kosmetika markalarının kolleksiyaları böhrana düçar oldu. Xaricdə işlərim dayansa da, depressiyaya düşmədim, hamı kimi normal qarşıladım. Əsas sağlıq olsun, ölüm-itim olmasın. Məsələyə pozitiv istiqamətdən baxmağa çalışdım”. 

O, məşhur müğənnilərin pulsuzluqdan gileylənməsinə sərt reaksiya verib: 

“Tanınmışlardan bəziləri “az qalırlar acından ölürəm” desinlər. Bəs pandemiyadan əvvəl toylardan, şənliklərdən qazandıqları yüksək qonorarları nə oldu? Sənətçilərdən ikiqat, bəlkə də üçqat az qazanırdım, bununla belə pandemiya məni ruhdan salmadı, sağ olsun dövlətimiz sahibkarlara güzəştə getdi. Pozitiv düşüncə, xoş niyyət həmişə uğura aparır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!