“Pandemiyanın az yayıldığı bölgələrdə ənənəvi tədris bərpa edilsin” - Deputatdan təklif

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiyanın az yayıldığı bölgələrdə ənənəvi tədris bərpa edilsin” - Deputatdan təklif

Siyasət

17 Avqust 2020 15:17 874


Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev ilə onlayn görüşü keçirilib.

Yenisabah.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov görüşün əsas məqsədinin pandemiya dövründə tədris ilinə hazırlıqla bağlı fikir mübadiləsi aparmaq olduğunu bildirib.

"Görüşdə cəmiyyəti düşündürən bir çox vacib məsələlər ətrafında geniş müzakirələr aparıldı. Görüşdə çıxış edərək dərslərin onlayn tədrisi zamanı tətbiq olunan proqramlar barədə fikrimi bildirdim, vahid proqramın tətbiqinin zəruriliyini qeyd etdim", - deyə deputat qeyd edib. pizza mizza

O, görüşdə ənənəvi tədrisin həyata keçirilməsilə bağlı maraqlı fikirlə çıxış edib:

"Pandemiyanın az yayıldığı bölgələrdə ənənəvi tədrisin həyata keçirilməsinin mümkünlüyü barədə fikirlərimi bölüşdüm. Eyni zamanda, pandemiya səbəbindən bağçaların, kursların bağlanması ilə bağlı yaranan çətinliklərə toxundum. Distant təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin, müvafiq təlimatların hazırlanmasının zəruriliyini qeyd etdim". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!