Pandemiyaya görə ABŞ-ın hərbi təlimləri baş tutmadı

saytların hazırlanması

Evə çatdırılma

Pandemiyaya görə ABŞ-ın hərbi təlimləri baş tutmadı

Dünya

01 Aprel 2020 10:55 715


Dünyada koronavirusun yayılması şəraitində mühüm strateji tədbirlərin təxirə salınması da nəzərə çarpır. Belə ki, soyuq müharibədən sonra ABŞ və NATO-nun Avropada ən iri hərbi təlimləri kimi nəzərdə tutulan “Defender Europe 2020” təlimlərinin faktiki olaraq pozulması müşahidə edilməkdədir.

“Defender Europe 2020” hərbi təlimlərinin Rusiya sərhədlərinə yaxın bölgədə keçirilməsinə Moskva elə əvvəlcədən öz kəskin etirazını bildirirdi. Lakin ABŞ-ın planlarına koronavirus müdaxilə etdi. Litvada yerləşən NATO-nun beynəlmiləl batalyonunda COVID-19 koronavirusunun ocağı aşkar edildikdən sonra Vaşinqton qoşunlarının Avropaya təlimlərdə iştirak etmək üçün köçürülməsindən imtina etdi. Hərbi təlimlərdə iştirakdan Almaniya da imtina etdi, Polşa isə NATO-nun qoşunları və hərbi texnikasının Estoniya ərazisinə köçürülməsinə imkan vermədi.

Qərblə Rusiya arasında artan geosiyasi qarşıdurmanın təzahürü olan “Defender Europe 2020” hərbi təlimlərinin koronavirusun yayılması səbəbindən baş tutmaması mahiyyət baxımından pandemiyaya qarşı qlobal mübarizəni gücləndirilmək zərurətinə bir işarə kimi dəyərləndirilə bilər. Bu hadisə dünyanın xüsusən virus pandemiyası şəraitində ölkələrarası sülhə və qlobal təhlükəsizliyə nə dərəcədə ehtiyac duyduğunu göstərir. Dördpendirli pizza

Bunda əvvəl “Gold Response” taktiki sınaqları ləğv edilmişdi. Bu layihə Norveç və NATO tərəfindən birgə keçirilməli idi. 

Həmin təlimlərdə sərt qış şəraitində çoxmillətli kontingentin döyüş qabiliyyəti yoxlanılacaqdı. Burada Norveçdən başqa Fransa, Böyük Brtaniya, Hollandiya, Almaniya, Belçika, Danimarka və İsveçin hərbi qulluquçlarının da iştrak etməsi planlaşdırılırdı. Lakin təlimlər koronavirus pandemiyasına görə ləğv edildi.

“Koronavirus Norveç cəmiyyətinin nəzarətindən çıxıb və bu, bizim üçün yeni situasiyadır”, - deyə manevrlərə cavabdehlik daşıyan general-leytenant Rune Yakobsen bildirmişdi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!