Pandemiyaya görə klublar 8,7 milyard avro itirib

saytların hazırlanması

Evə çatdırılma

Pandemiyaya görə klublar 8,7 milyard avro itirib

İdman

21 May 2021 15:31 1157


Avropanın futbol klublarının son iki mövsümdəki təxmini gəlir itkisi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın hesabatında bildirilib.

Avropa futbol qurumu gəlir itkisinin 8,7 milyard avro olacağını təxmin edib. Bunlardan 4 milyard avrosu bilet satışından, 2,7 milyard avrosu sponsorluq müqavilələrindən, 1,4 milyard avrosu televiziya yayımından gələn zərərlərdir. Dördpendirli pizza

AVRO-2020 və avrokuboklar koronavirusa görə təxirə salındığı üçün klublar 2 milyard avro qənaət edib. Turnirlər ləğv edilsəydi, bu olmayacaqdı.

UEFA-nın hesabatına görə, Çempionlar Liqasının qrup mərhələsinə düşə bilməyən klublara illik həmrəylik ödənişləri 2018 - 2021-ci illərdə 558 milyon avro təşkil edib, lakin bu məbləğ 2021 - 2024-cü ildə əhəmiyyətli dərəcədə artacaq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!