“Panikaya düşməyin, ərzaq çoxdur” – Tolik marketdən səsləndi

saytların hazırlanması

Evə çatdırılma

“Panikaya düşməyin, ərzaq çoxdur” – Tolik marketdən səsləndi

Şou

16 Mart 2020 10:47 943


Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxan insanlar var. Həm dövlət qurumları, həm də ayrı-ayrı adamlar virusdan qorunmaq üçün bir sıra profilaktik tədbirlər görür, özlərini bu dəhşətli pandemiyadan qorumağa çalışırlar. Səhhətinin qeydinə qalan, necə deyərlər, suyu üfürə-üfürə içən adamların arasında məşhurlar olsa da panikaya qapılmayan, virusu sakit şəkildə qarşılayanlar da var.

Yenisabah.az xəbər verir ki, bunlardan biri də tamaşaçıların Tolik kimi tanıdığı aparıcı, prodüsser Tarix Əliyevdir. Prodüsser sosial şəbəkədə marketdən görüntülərini paylaşaraq, insanları panikaya düşməməyə səsləyib: “Dostlar, panikaya düşməyin. Marketlər 24 saat işləyir, hər ərzaqdan da var. Bayram ərəfəsində ola bilər ki, insanların işdən çıxma saatlarında sıxlıq olsun. Bunu başqa şeylə əlaqələndirməyin. Allah xalqımızı qorusun”. 

Qeyd edək ki, Çindən kənarda koronavirusla yoluxma hallarının ümumi sayı Çin Xalq Respublikasında yoluxma hallarının sayını ötüb. Virus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb. Pepperoni pizza

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!