Roma Papası Fransiskin gənc məhbusların ayaqlarını yuması və öpməsi müzakirələrə səbəb olub.
Bakupost.az xəbər verir ki, Papa Fransisk Pasxa bayramı öncəsi keçirilən ənənəvi mərasimdə islah müəssisəsindəki 12 gənc məhbusun əvvəlcə ayaqlarını yuyub, sonra isə öpüb. Papanın ayaqlarını yuyub öpdüyü şəxslər arasında seneqallı müsəlman və iki qadın da olub.
Bu mərasim üçün Papa Romadakı uşaq islahxanasına baş çəkib. O, qadınları və katolik olmayanları ənənəvi ayaq yuma mərasiminə qatan ilk Papadır. Marqarita pizza
Qeyd edək ki, Papa Fransisk son zamanlar səhhətindəki problemlər və istefa iddiaları ilə gündəmə gəlib. Keçən həftə 86 yaşlı Papa yuxarı tənəffüs yollarında infeksiyaya görə xəstəxanaya yerləşdirilmişdi.
Telegram kanalımız