Roma Papası II Fransisk Şimali Koreyaya səfər etmək niyyətindədir.
Yenisabah.az “Yonhap”a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın arxiyepiskopu Yu Hyun Şi məlumat verib.
O, katolik kilsəsi liderinin Şimali Koreyanı ziyarət etmək arzusunda və 1950-53 müharibəsindən bəri bölünən Koreya xalqının kədərinə şərik olduğunu söyləyib. pizza mizza
Cənubi Koreyanın arxiyepiskopu müvafiq hazırlıqlar başa çatacağı təqdirdə, Roma Papasının Şimali Koreyaya da gedəcəyini açıqlayıb.
2018-ci ilin oktyabr ayında Cənubi Koreya prezidenti Mun Cae In katolik liderinə müraciət edərək onu ölkəsinə dəvət edib. Eyni müraciəti Şimali Koreya lideri Kim Çen In da dilə gətirib.
Telegram kanalımız