Papa Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Papa Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır

Maraqlı

15 Fevral 2023 10:33 579


“Roma Papası Fransisk Rusiya Federasiyası ilə Qərb arasında Ukraynadakı döyüş meydanlarında yaranmış münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib”. 

Yenisabah.az xəbər verir ki, bu barədə pontifikin məktubunu təqdim edən Ümumdünya Köhnə Möminlər İttifaqının prezidenti Leonid Sevastyanov məlumat verib. 

“Roma Papasının Rusiya ilə Qərb arasında qarşıdurmanın sülh yolu ilə həllini təklif etmək planı var. O, Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq və Moskvaya gəlmək istədiyini təsdiqləyib”.  pizza hut

Sözlərinin əsası kimi o, papanın məktubunun bir hissəsini sitat gətirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin dostu, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni də demişdi ki, Ukrayna münaqişəsinin effektiv həlli yollarını yalnız Roma Papası təklif edir. Berluskoni qeyd edib ki, yaranmış vəziyyət üçün başqa heç kimin həlli yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!