Papikyan: Ermənistan ordusunun yalnız bir vəzifəsi var

saytların hazırlanması

Evə çatdırılma

Papikyan: Ermənistan ordusunun yalnız bir vəzifəsi var

Dünya

13 Noyabr 2024 16:47 690


Ermənistan ordusu qarşısında duran vəzifə 29 min 743 kvadratmetrlik ərazini qorumaqdır.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası prosesi bu məsələni sülh yolu ilə həll etməyə imkan verir: “Orduda aparılan islahatlar, xərclər və investisiyalar bir mühüm məqsədə yönəlib: 29 min 743 kv/km-lik Ermənistan Respublikasının suveren ərazisini qoruya bilən peşəkar, döyüşə hazır və müasir orduya sahib olmaq. Bu, ordunun qarşısında duran yeganə vəzifədir. Bunu yerinə yetirmək müqəddəs borcumuzdur”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!