Aprelin 11-də Ermənistanın müdafiə naziri Suren Papikyanın sədrliyi ilə Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyi və ordu hissələri komandirlərinin iştirakı ilə müşavirə keçirilib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb:
“İstiqamətlərə uyğun olaraq qış mövsümündə görülən işlər, qarşıda duran proqramlarla bağlı müdafiə nazirinə hesabatlar verilib. pizza hut
Məsləhətləşmənin nəticəsi olaraq müdafiə naziri Suren Papikyan qeyd olunan problemlərin qısa müddətdə aradan qaldırılması üçün məsul bölmə rəhbərlərinə tapşırıqlar verib”.
Telegram kanalımız