Papikyan ordu rəhbərlərini topladı

saytların hazırlanması

Evə çatdırılma

Papikyan ordu rəhbərlərini topladı

Rəsmi

27 Noyabr 2021 16:10 1046


Ermənistan Müdafiə Nazirliyində silahlı qüvvələr rəhbərliyinin toplantısı keçirilib.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, iclasda müdafiə naziri Suren Papikyan ordudakı irimiqyaslı islahatlar prosesinin ardıcıl və effektli aparılmasının vacibliyindən danışıb.

Müdafiə naziri respublika rəhbərliyinin nə yolla olursa-olsun, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi tapşırığını verdiyini bildirib. Bununla yanaşı erməni ordusunda nizam-intizam məsələsindəki çatışmazlıqların da aradan qaldırılması hədəf seçilib. pizza hut

Papikyan bildirib ki, vacib məqsədlərdən biri hərbçilərin peşəkarlığının artırılmasıdır və bu istiqamətdə ciddi addımlar atılacaq.

Qeyd edək ki, erməni ordusunda daxili atışmalar səbəbindən son vaxtlar onlarla əsgər ölüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!