Mayın 27-də Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrin komandanı, general-mayor Andrey Volkovu qəbul edib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, görüşdə Rusiyanın Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi, polkovnik İqor Şerbakov da iştirak edib.
General-mayor Andrey Volkov Papikyana sülhməramlı qüvvələrin müvəqqəti məsuliyyət zonasındakı cari hadisələr barədə məlumat verib. pizza sifarişi
Həmsöhbətlər Rusiya Federasiyasının regionda hərbi-siyasi vəziyyəti sabitləşdirmək səylərini, eləcə də Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının prosesini və effektivliyini yüksək qiymətləndiriblər.
Tərəflər, həmçinin, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Telegram kanalımız