Paraqvaylı futbolçudan ordumuza dəstək verdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Paraqvaylı futbolçudan ordumuza dəstək verdi - Foto

İdman

05 Oktyabr 2020 14:52 1515


Azərbaycan Ordusunun son günlər Qarabağda əldə etdiyi qələbələrə futbol ictimaiyyəti biganə qalmır. Təkcə yerli yox, əcnəbi futbolçular da ölkəmizə müxtəlif yollarla dəstək nümayiş etdirməkdədir.

Yenisabah.az xəbər verir ki, növbəti dəstək mesajı Paraqvaydan gəlib. Vaxtilə “İnter”, “Zirə” və “Keşlə”nin uğurları üçün tər tökən, hətta yığmamızın da formasını geyəcəyi deyilən Sezar Meza Kolli sosial şəbəkə hesabında şəkil paylaşaraq, altına “bu millətin bir parçası olduğum üçün fəxr edirəm. Qələbə bizimdir, Azərbaycanın” sözlərini yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!