“Paris-2024”: Atıcımız mübarizəni dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

“Paris-2024”: Atıcımız mübarizəni dayandırdı

İdman

04 Avqust 2024 20:25 667


Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Yenisabah.az xəbər verir ki, Lunyov pnevmatik tapançadan 25 metr məsafəyə atəşaçma yarışının təsnifat mərhələsində 18-ci yeri tutub. O 580 xal toplayıb amma finala vəsiqə qazana bilməyib. Bununla da Olimpiadada çıxışını başa vurub.

R.Lunyov 10 metr məsafəyə atəşaçmada 24-cü olmuşdu. pizza

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!