Bu gün Azərbaycanın daha bir cüdoçusu Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Yenisabah.az xəbər verir ki, bu dəfə 81 kq çəki dərəcəsində Zelim Tskayev tatamiyə çıxıb. Milliləşdirilmiş osetiyalının 1/16 finalda rəqibi Fransa idmançısı Alfa Umar Calo olub. Görüş Alfa Umar Calonun vaza-ari xalı ilə qazandığı qələbəsi ilə başa çatıb.
Bununla da Zelim Tskayev mübarizəni erkən başa vurub. pizza
Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Daha əvvəl onlardan 4-ü mübarizəni dayandırıb. Hidayət Heydərov isə Olimpiya çempionu adını qazanıb.
Telegram kanalımız