Paris-2024: Azərbaycan güləşçisi yarımfinalda!

saytların hazırlanması

Evə çatdırılma

Paris-2024: Azərbaycan güləşçisi yarımfinalda!

İdman

05 Avqust 2024 18:56 816


Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.

Rəqibinə qalib gələn Şəriəti (4:0) yarımfinala yüksəlib.  Sezar pizza

Yarımfinalda onun rəqibi dördqat Olimpiya, beşqat dünya çempionu Kuba idmançısı, 41 yaşlı Lopez Nunyes olacaq.

1/2 final görüşləri bu gün Bakı vaxtı ilə saat 23:00-dan etibarən başlayacaq. Medal uğrunda qarşılaşmalar isə sabah keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!