Paris-2024: Azərbaycan idmançısı çəkic atma yarışlarında finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Paris-2024: Azərbaycan idmançısı çəkic atma yarışlarında finala yüksəldi

İdman

04 Avqust 2024 15:13 842


Azərbaycanı Paris-2024-də çəkic atma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.

Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub. Pepperoni pizza

Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub və final mərhələsinə adını yazdırıb.

Qeyd edək ki, qadınların çəkic atma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!