Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədədir

saytların hazırlanması

Evə çatdırılma

Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədədir

İdman

08 Avqust 2024 09:14 610


Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pilləyə yüksəlib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu, taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat əldə etməsi sayəsində mümkün olub.

Hələlik komandanın aktivində iki qızıl və bir gümüş medal var. Toyuqlu pizza

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.

Ukrayna (3 qızıl, 2 gümüş, 3 bürünc) 17-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, İran (1 qızıl, 2 bürünc) 43-cü, Ermənistan (2 gümüş, 1 bürünc) 55-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 3 bürünc) 58-ci sıradadır.

İlk "üçlük"də ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) yer alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!