Paris-2024: Azərbaycan millisi medalların sayına görə neçənci pillədədir?

saytların hazırlanması

Evə çatdırılma

Paris-2024: Azərbaycan millisi medalların sayına görə neçənci pillədədir?

İdman

03 Sentyabr 2024 12:03 493


Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 26-cı pillədə qərarlaşıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, milli komandamızın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb. pizza

Siyahıya Çin (43 qızıl, 30 gümüş, 14 bürünc) başçılıq edir. Böyük Britaniya (29 qızıl, 15 gümüş, 10 bürünc) ikinci, ABŞ (13 qızıl, 19 bürünc, 10 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!