Paris-2024: Azərbaycan parataekvondoçusu finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Paris-2024: Azərbaycan parataekvondoçusu finala yüksəldi

İdman

30 Avqust 2024 22:14 605


Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində çıxış edən idmançı Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.

Təmsilçimiz rəqibinə 7:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib. pizza mizza

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!