Paris-2024: Bu gün kimlər gücünü sınayacaq?

saytların hazırlanması

Evə çatdırılma

Paris-2024: Bu gün kimlər gücünü sınayacaq?

İdman

09 Avqust 2024 09:01 701


Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

Yenisabah.az report-a istinadla xəbər verir ki, ilk olaraq bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çıxış edəcək.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalar (12:00) və lentlə (13:10) bacarıqlarını nümayiş etdirəcəklər. pizza sifarişi

Güləşçilərimizdən isə Turan Bayramov (74 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.

Onlar 1/8 finalda müvafiq olaraq misirli Diaeldin Abdelmottaleb və albaniyalı Çermen Valiyevlə üz-üzə gələcəklər. Güləş yarışları Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Bundan əlavə, boksçu Alfonso Dominqes (92 kq) final qarşılaşmasını keçirəcək. O, qızıl medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Lazizbek Mullojonovun müqavimətini qırmağa çalışacaq. Döyüş avqustun 9-dan 10-na keçən gecə, saat 00:34-ə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!