Paris 2024: Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Paris 2024: Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlandı

İdman

01 İyul 2024 20:23 809


"Paris-2024" Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, ölkəmizi cüdo yarışlarında doqquz çəki dərəcəsi üzrə iki qadın və yeddi kişi idmançı təmsil edəcək. Pepperoni pizza

Qadınların yarışında Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq.

Kişilərdən ibarət heyətdə isə Balabəy Ağayev (60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram) və Uşangi Kokauri (+100 kiloqram) yer alıblar.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

 

Bir 9 kişi ve yazı görseli olabilir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!