Paris-2024: Giorgi Meşvildişvili bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Paris-2024: Giorgi Meşvildişvili bürünc medal qazandı

İdman

10 Avqust 2024 22:53 787


Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda görüşə çıxıb.

Yenisabah.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində yer alan idmançı Polşa təmsilçisi Robert Baranla qarşılaşıb.

Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb. Bununla da G.Meşvildişvili ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb. Marqarita pizza

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!