Paris-2024: Lamiyə Vəliyeva finala vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Paris-2024: Lamiyə Vəliyeva finala vəsiqə qazandı

İdman

06 Sentyabr 2024 00:36 540


Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxıb.

Yenisabah.az xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərib.

Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayıb. Azərbaycan təmsilçisi 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini ikinci pillədə başa vurub. Dominos pizza

Qeyd edək ki, final mərhələsi sentyabrın 7-də baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!