Paris-2024: Azərbaycanın hər iki güləşçisi uduzdu 

saytların hazırlanması

Evə çatdırılma

Paris-2024: Azərbaycanın hər iki güləşçisi uduzdu 

İdman

08 Avqust 2024 17:15 648


Bu gün Azərbaycanın sərbəst güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, güləşçilərimizdən milliləşdirilmiş dağıstanlı idmançı Osman Nurmaqomedov (86 kq) 1/8 finalda Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib. Osman Nurmaqomedov həm dünya, həm də Avropa çempionatında 1 dəfə gümüş, iki dəfə bürünc medal qazanıb. Onun rəqibi isə gənclər arasında dünya çempionatının bürünc, Asiya çempionatının gümüş mükafatçısıdır. 

O.Nurmaqomedov 11:2 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. O.Nurmaqamedov 1/4 finalda San-Marinonu təmsil edən 2020-ci il Yay Olimpiya Oyunlarının və dünya çempionatının (2023) bürünc mükafatçısı, Avropa çempionu (2022) Amin Maylza qarşılaşıb və 14:16 hesabı ilə uduzub.  Marqarita pizza

Digər güləşçimiz Əliabbas Rzazadənin (57 kq) 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşıb. Əliabbas Avropa çempionatının qızıl (2023) və gümüş (2022) mükafatını qazanıb. Onun rəqibi olan Qulomjon isə gənclər arasında Asiya çempionatının ikiqat qalibi (2016, 2018) və gənclər arasında dünya çempionatının (2016) bürünc mükafatçısıdır. 

Qarşılaşma özbək güləşçinin 11:4 hesablı qələbəsi ilə yekunlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!