"Barselona"dan ayrılan Lionel Messinin PSJ-yə keçidini səbirsizliklə gözləyən azarkeşlər futbolçunu qarşılamaq üçün Parisin Le-Burje hava limanına toplaşıblar.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, fanatların sayı yüzlərlədir. Hazırda azarkeşlərin hava limanına axını davam edir. Buna görə də, hava limanının təhlükəsizlik bölməsi PSJ-dən təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə kömək istəyib.
Lakin Messinin Parisə bu gün gedəcəyi gözlənilmir. pizza mizza
Eyni zamanda, 34 yaşlı hücumçunun paytaxt təmsilçisi ilə 2+1 illik müqavilə üçün razılığa gəldiyi barədə xəbərlər yayılıb.
Mehri Qurban
Telegram kanalımız