Parisdə dəmiryol vağzalında atışma: Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Parisdə dəmiryol vağzalında atışma: Yaralılar var

Dünya

03 Fevral 2025 19:47 186


Parisdə dəmiryol vağzalında atışma nəticəsində iki nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Le Parisien” qəzeti hadisənin şəhərin şərqindəki Austerlitz dəmiryol vağzalında baş verdiyini yazıb. Nəşrin məlumatına görə, naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb. Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb. Buna cavab olaraq isə təhlükəsizlik işçiləri atəş açaraq həmin şəxsi ağır yaralayıblar. Pepperoni pizza

Qəzet hadisə zamanı daha bir nəfərin yüngül xəsarət aldığını bildirib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!