Parisdən 100-dən çox nümayişçi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Parisdən 100-dən çox nümayişçi saxlanıldı

Dünya

12 Dekabr 2020 20:59 764


Fransanın paytaxtı Paris şəhərində “Qlobal təhlükəsizlik haqqında” qanundan narazı olan şəxslərin keçirdiyi etiraz aksiyalarında hüquq-mühafizə orqanları tərəfindən 107 nümayişçi saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Artıq dördüncü şənbədir keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı güc tətbiq edir. Dördpendirli pizza

Qeyd edək ki, Fransa vətəndaşları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə etiraz edirlər.

24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!