Parkda narkotik satan gözətçi tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Parkda narkotik satan gözətçi tutuldu 

Kriminal

20 Dekabr 2021 10:16 700


Göygöldə narkotik alan və satan şəxslərdə narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Akif Vəliyev saxlanılıb.

Araşdırmalar zamanı onun rayon ərazisində gözətçi işlədiyi istirahət parklarından birində narkotik vasitə satması məlum olub. Əldə edilən maddi sübutlarla birlikdə A.Vəliyev istintaqa təhvil verilib. pizza mizza

Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri ayrı-ayrı tədbirlərlə qanunsuz olaraq, narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən, Bayram Ələkbərov, Baxşəli Mürsəquov, Faiq Bağırov, Vüqar Sadıqov, Elşən Xudaverdiyev, Mehman Kərimov, Rövşən Məmmədxanov, Anar Atayevdən heroin, marixuana, metamfetamin və digər narkotik vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!