Parkda sevgilisini öldürən qadın polisə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Parkda sevgilisini öldürən qadın polisə hökm oxundu

Kriminal

11 Sentyabr 2020 11:58 1181


Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib. Sezar pizza

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Abşeron rayonunun Xırdalan şəhərində şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9-da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin R.Hüseynovun sevgilisi Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Günel Qasımova sabiq polis əməkdaşı olub./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!