Parlament Ermənistan müxalifətinin təşəbbüsünü rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Parlament Ermənistan müxalifətinin təşəbbüsünü rədd etdi

Dünya

18 Yanvar 2021 12:22 862


Ermənistan parlamenti bu gün keçirdiyi iclasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsini gündəliyə salmaqdan imtina edib.

Yenisabahş.az xəbər verir ki, məsələnin gündəliyə salınmasının lehinə 40, əleyhinə 73 deputat səs verib, qərar qəbul olunmayıb.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsinin gündəliyə salınmasının təşəbbüskarı müxalif “Çiçəklənən Ermənistan” fraksiyası olub. pizza hut

Parlamentdə 132 yerdən 84-nə sahib olan hakim “Mənim addımım” partiyası isə bunun əksinə çıxış edib, bildirib ki, parlamentin məlum məsələni müzakirə etmək hüququ yoxdur. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!