Parlament seçkiləri haqda vacib xəbər

saytların hazırlanması

Evə çatdırılma

Parlament seçkiləri haqda vacib xəbər

Siyasət

31 Dekabr 2019 08:46 1228


Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti bu gün başa çatır.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, tələblər səsvermə gününə azı 40 gün qalanadək, yəni 2019-cu il dekabrın 31-dək təsdiq edilməlidir.

Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 2.1-ci bəndinə əsasən təsdiq edilir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!