Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 15-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 15-ə çatdı

Siyasət

20 Dekabr 2019 13:49 935


Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 15-ə çatıb.

"Yeni Sabah"ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 4 dörd partiyanın – Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının və Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 11 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı. /APA Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!