Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatdı

saytların hazırlanması

Evə çatdırılma

Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatdı

Siyasət

14 Dekabr 2019 11:24 1227


Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması ilə bağlı müraciətə baxılıb.

"Yeni Sabah" xəbər verir ki, iclasda Böyük Quruluş Partiyasının (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Azərbaycan Demokrat Partiyasının (ADP), Böyük Azərbaycan Partiyasının (BAP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya üç siyasi partiya müraciət etmişdi. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP). /report pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!