Tokio 2020 paralimpiyadasında Azərbaycana ilk qızıl medal qazandıranlardan biri olan Şahanə Hacıyeva bu gün vətənə geri dönüb.
Qızıl medalçımızın Yenisabah.az-a açıqlamasında çox qürurverici anlar yaşadığını qeyd edib:
“Bu gün vətənimə geri döndüm. Özümü çox yaxşı hiss edirəm, çox qürurverici anlar yaşadım, sözlə ifadəsi mümkün deyil. Bu sevinc yalnız mənim deyil, bütün xalqımızındır. Hər kəsi təbrik edirəm. Bayrağımızı ilk dəfə mən qaldırdım, himnimizi səsləndirdim. İlk olmaq çox gözəl hissdir”. Dördpendirli pizza
Şahanə Hacıyeva gələcək planları haqqında danışıb:
“10 gün istirahət müddətim var. Sonra yenidən məşqlərə başalayacam. Noyabr ayında Dünya Kuboku yarışlarına hazırlaşmalıyam. Dünya Kubokundan sonra lisenziya yarışlarına davam etməyi düşünürəm.
12 ildir cüdodayam. İdmana ilk addımlarımı atandan bircə arzum var idi: olimpiya çempionu olmaq. Şükürlər olsun ki, arzuma çatdım. Bu günə qədər başqa qalibiyyətlərim də olub. Avropa kubokunu alıb, dünya ikincisi olmuşam. Yalnız Olimpiya qalmışdı, o da qismət oldu. Olimpiada medalını qazanmaq insana tamamilə fərqli hisslər yaşadır”.
Xüsusi qeyd: Şahanə Hacıyeva əslən işğaldan azad edilmiş Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. Bu qalibiyyət həm ailəsi, həm də özü üçün ikiqat sevincdir:
“Bu bizim ikinci qalibiyyətimiz oldu. İlk qalibiyyətimiz torpaqlarımızın azad olunmasıdır. Mən ikinci qalibiyyətimizin sevincini kürsüdə hərbi salamla nümayiş etdirdim. Hərbi salamı şəhidlərimizə, qazilərimizə həsr etdim. Hərbi salam hisslərimin təcəllisidir”.
Mehri Qurban
Telegram kanalımız