Partiya sədri 272 min rüşvət alarkən tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Partiya sədri 272 min rüşvət alarkən tutuldu

Dünya

14 Noyabr 2025 21:35 729


Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) siyasi partiya rəhbərini 160 min dollar (272 min AZN) dollar rüşvət alarkən saxlayıb.

"Yeni Sabah" Bakupost-a istinadən xəbər verir ki, bu barədə UTX-nin Teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, partiya sədri Kiyevdəki restoranlardan birində saxlanılıb. Marqarita pizza

Məlumata görə, məhkəmə həmin partiyanın qeydiyyatını oktyabrda saxtalaşdırılmış sənədlərə görə ləğv etsə də, lider deputatlıq mandatlarını pulla satmağa cəhd edib.

Yerli nəşr yazır ki, saxlanılan şəxs “Garant” partiyasının rəhbəri Valeri Tokardır. Siyasətçi külli miqdarda dələduzluqda ittiham olunur. Onun üçün 6,7 milyon qrivna (271 min AZN) məbləğində girov müəyyən edilib. Təqsiri sübuta yetirilsə, Tokarı 12 ilədək həbs gözləyir.

Xatırladaq ki, bundan öncə Ukrayna hakimiyyəti energetika sektorunda 100 milyon dollarlıq rüşvət qalmaqalı ilə bağlı 7 nəfərə ittiham irəli sürmüşdü. Sözügedən ittihamlar fonunda ölkənin energetika və ədliyyə nazirləri də vəzifələrindən azad olunmuşdular.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!