Partiya sədri AYNA-nı məhkəmə ilə hədələdi: Binanın həyətində avtomobilinə cərimə yazılıb - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Partiya sədri AYNA-nı məhkəmə ilə hədələdi: Binanın həyətində avtomobilinə cərimə yazılıb - FOTO

Sosial

19 Aprel 2025 20:37 1541


"İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), sizdən indicə mesaj aldım, bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm, ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur - maşın 7 saatdır ofisin qarşısındadır, yaxşı, siz bu cəriməni haranızdan uydurub-çıxartdınız?"

Yenisabah.az xəbər verir ki, bunu "Facebook" hesabında paylaşım edən REAL partiyasının sədri Natiq Cəfərli qeyd edib. 

"Çağrı mərkəzimizə zəng etdim, 4 dəqiqə gözlətdiniz, sonra qapatdınız. Sizi məhkəməyə verəcəm, yetər artıq, insanları zinhara gətirmisiniz!" - partiya sədri qeyd edib.  pizza

Natiq Cəfərli paylaşımına ona göndərilən protolu da əlavə edib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!