Partiyalar aprelin 1-dək maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər

saytların hazırlanması

Evə çatdırılma

Partiyalar aprelin 1-dək maliyyə hesabatlarını MSK-ya təqdim etməlidirlər

Siyasət

17 Mart 2025 23:57 242


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın 2024-cü il üzrə maliyyə hesabatı təsdiq edilib.

Yenisabah.az APA-ya istinadən məlumat verir ki, qanunvericiliyə uyğun olaraq 2024-cü il üzrə maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2024-cü il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Marqarita pizza

Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış 26 partiya mövcuddur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!