“Partlayış səsləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən PUA-lara qarşı zərbələr idi“

saytların hazırlanması

Evə çatdırılma

“Partlayış səsləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən PUA-lara qarşı zərbələr idi“

Maraqlı

24 Fevral 2022 09:13 660


"Kiyevdə səhər tezdən eşidilən partlayışlar Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən naməlum pilotsuz uçuş aparatlarına qarşı endirilən zərbələr idi".

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Borispol meri Volodimir Borisenko deyib.

O, vətəndaşları təşvişə düşməməyə və yalnız rəsmi mənbələrdən gələn təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıb. pizza mizza

Qeyd edək ki, bu gün səhər saatlarından Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilib. Kramatorskda ən azı dörd, Odessa, Xarkov və Berdyanskda isə bir güclü partlayış baş verib.

Partlayışlar Dnepr çayının sol sahili, Poznyaki və Troeşin rayonları, Borispol qəsəbəsində də qeydə alınıb. Yerli sakinlərin bildirdiyinə görə, Xarkov və Mariupola Rusiya ilə sərhəddən "Qrad" atılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!