“Partlayışda müqəssir sayılan şəxs təyyarə ilə qaçıb” - İranlı deputat

saytların hazırlanması

Evə çatdırılma

“Partlayışda müqəssir sayılan şəxs təyyarə ilə qaçıb” - İranlı deputat

Rəsmi

18 Aprel 2021 23:03 788


Nətənz uran zənginləşdirmə mərkəzində partlayış törətmiş şəxs hava yolu ilə ölkədən qaçıb.

Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İbrahim Əzizi bildirib. “Nətənzdəki partlayışda şübhəli sayılan şəxs ölkənin hava sərhədlərini adlamaqla qaçıb”.

Aprelin 17-də İranın Kəşfiyyat Nazirliyi (“Ettelaat”) terror aktı kimi dəyərləndirilmiş hadisədə şübhəli sayılan şəxsin adını və fotosunu yayımlayıb. Bu, 43 yaşlı Rza Kərimidir. pizza sifarişi

Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasındakı üzvü İbrahim Əzizi təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı bildirib: “Müvafiq qurumlar İnterpol vasitəsi ilə Rza Kəriminin tutulması və ölkəyə ekstradisiyası üçün müəyyən addımlar atır”.

Xatırladaq ki, hadisənin kiberhücumla törədilməsi fərziyyəsi artıq nəzərdən keçirilmir, qəzanın partlayıcı maddə ilə törədilməsi isə artıq təsdiqini tapıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!